Techim
Windows üçün rəsmi tətbiq · v0.1.4

Sizin güvənli Tech-iniz — Techim App-i istifadənizə təqdim edirik

Kompüterinizin texniki parametrlərini dərhal aşkarlayın, PC yığımınızı profildə paylaşın və Techim icması ilə sinxron əlaqədə qalın. C++ ilə yazılmış, yüngül və sürətli.

Ölçü: ~139.5 MBWindows 10 / 11 (64-bit)SHA-256 imzalı

Tətbiqə baxış

Techim App nə edir?

Kompüterinizə baxan, onu yeniləyən və sürətləndirən bir tətbiq. Aşağıdakı hər şəkil tətbiqin öz ekranıdır.

  1. Techim App ana paneli: cihaz, proqram və bərpa nöqtəsi sayları, avadanlıq xülasəsi

    01 · Ana panel

    Kompüterin vəziyyəti bir baxışda

    Tətbiqi açan kimi nə vəziyyətdə olduğunuzu görürsünüz: neçə cihaz var, hansında problem var, neçə proqram quraşdırılıb və hansı Windows işləyir.

    • Prosessor, videokart və yaddaş bir sətirdə
    • Problemli cihazlar ayrıca sayılır
    • Son əməliyyatlar və bərpa nöqtələri əlinizin altındadır
  2. Driver-lər səhifəsi: tapılan yeniləmə, cihaz siyahısı və istehsalçı loqoları

    02 · Driver-lər

    Driver-ləri rəsmi mənbələrdən yeniləyin

    Bir skan bütün cihazları və quraşdırılmış driver-ləri oxuyur. Yeni versiyalar Windows Update və Techim kataloqundan yoxlanılır, siz yalnız istədiyinizi seçib quraşdırırsınız.

    • Hər cihazın yanında istehsalçının öz loqosu
    • Köhnə və yeni versiya yan-yana göstərilir
    • Hər yeniləmədən əvvəl bərpa nöqtəsi yaradılır
  3. Proqram yüklə səhifəsi: kateqoriyalar və ikonları ilə seçilə bilən proqramlar

    03 · Proqram yüklə

    Lazım olan proqramları bir kliklə quraşdırın

    Yeni kompüter və ya təzə Windows? 193 proqramın içindən lazım olanları işarələyin, Techim onları bir-bir, sual vermədən quraşdırsın.

    • Brauzerlər, mesajlaşma, media, video redaktorlar, VPN, proqramçı alətləri və daha çox
    • Proqramlar rəsmi mənbədən gəlir: Windows paket meneceri, Microsoft Store və ya istehsalçının öz saytı
    • Artıq quraşdırılmış proqramlar işarəli göstərilir və təkrar yüklənmir
  4. Cihaz düzəldici: söndürülmüş cihazlar və Windows alətləri

    04 · Cihaz düzəldici

    Problemli cihazı tapın və düzəldin

    Windows-un "kod 22" kimi səhv nömrələrini Techim sadə dildə izah edir və nə etməli olduğunuzu göstərir. Şəbəkə və sistem faylları üçün hazır düzəlişlər də buradadır.

    • Hər xəta kodunun izahı və addımları
    • Sistem fayllarını yoxla, DNS keşini təmizlə, şəbəkəni sıfırla
    • Yeni qoşulan aparatı axtar
  5. RAM optimallaşdırıcı: dairəvi düymə, təmizlənəcək sahələr və yaddaş istifadəsi

    05 · RAM optimallaşdırıcı

    Yaddaşı bir düymə ilə boşaldın

    Kompüter ağırlaşanda bir düymə istifadə olunmayan yaddaşı geri qaytarır. Nəyin təmizlənəcəyini özünüz seçirsiniz və nəticəni dərhal görürsünüz.

    • İstifadə olunan və boş yaddaş canlı göstərilir
    • Təhlükəsiz standart seçimlər, əlavə seçimlər ayrıca işarələnib
    • Daxili RAM testi ilə yaddaş modullarını yoxlayın
  6. Sistem məlumatı: əməliyyat sistemi, prosessor, videokart, yaddaş və disklər

    06 · Sistem məlumatı

    Kompüterinizin tam pasportu

    Prosessor, videokart, ana plata, yaddaş modulları və disklərin sağlamlığı bir səhifədə. Yığımınızı bir düymə ilə Techim profilinizdə paylaşa bilərsiniz.

    • Disk sağlamlığı və temperaturu
    • Məlumatı kopyalayıb foruma yapışdırın
    • "Techim-də paylaş" ilə PC yığımınız profilinizdə görünür
  7. Divar kağızları: cari fon, yerləşmə və başlanğıc seçimləri

    07 · Divar kağızları

    Masaüstünüzü canlandırın

    Video, GIF və ya şəkli masaüstü fonu edin. Animasiya ikonların arxasında oynayır, oyun və ya film tam ekranda açılanda isə özü dayanır ki, kompüter yorulmasın.

    • Öz faylınızı seçin və ya Techim kataloqundan götürün
    • Ekranı doldur, tam göstər və ya uzat
    • Windows açılanda özü başlayır
  8. Video yükləyici: link sahəsi və yüklə düyməsi

    08 · Video yükləyici

    Linki yapışdırın, video kompüterinizdə olsun

    YouTube, Shorts, TikTok və Instagram Reels linkini yapışdırmaq kifayətdir. Lazım olan alətlər tətbiqin içində gəlir, ayrıca heç nə quraşdırmırsınız.

    • Link buferdən bir düymə ilə yapışdırılır
    • Fayllar Yükləmələr qovluğuna düşür
    • Yalnız icazəniz olan videoları yükləyin
  • Proqramları təmiz silin

    Proqramı silir, sonra qalan qovluq və qeydləri tapıb karantinə köçürür.

  • Hər şey geri qaytarılır

    Yeniləmələr və silmələr tarixçədə qalır, bərpa nöqtəsindən geri dönmək olur.

  • Techim hesabı ilə bağlı

    Şifrəni tətbiqə yazmırsınız: saytda kodu təsdiqləyirsiniz və profiliniz tətbiqdə görünür.

Quraşdırma və Təhlükəsizlik

Quraşdırma

Necə işləyir?

Cəmi 3 sadə addımla kompüterinizi Techim ekosisteminə qoşun.

  1. Tətbiqi yükləyin və quraşdırın

    Rəsmi yükləyici yığcamdır. Bloatware və ya arzuolunmaz arxa plan servisləri olmadan bir neçə saniyədə quraşdırılır.
  2. Hesabınızla təhlükəsiz bağlayın

    Tətbiq sizə 8 rəqəmli kod verir. Saytda /aktivləşdir səhifəsinə daxil olub kodu təsdiq edirsiniz. Şifrənizi tətbiqə yazmağa ehtiyac yoxdur.
  3. Diaqnostika edin və paylaşın

    Dərəcələri, gərginlikləri və aparat modellərini canlı izləyin. Tək kliklə sistem konfiqurasiyanızı Techim profilinizdə nümayiş etdirin.
Təhlükəsizlik Zəmanəti

Təhlükəsizlik və Məxfilik Öhdəliyimiz

Texnologiya həvəskarları tərəfindən hazırlanmışdır. Şəffaf, təmiz və güvənli.

  • Yalnız Texniki Aparat Məlumatı

    Techim App yalnız prosessor, video kart, ana plata, RAM və disklərin model və temperatur məlumatlarını oxuyur. Heç vaxt şəxsi fayllarınıza toxunmur.

  • Şifrəsiz Cihaz Aktivasiyası

    Device Authorization Grant protokolu sayəsində tətbiqə hesab şifrənizi daxil etmirsiniz. Qısaömürlü access token-lər və qorunan rotasiyalı sessiyalar istifadə olunur.

  • Gizli İzləmə Yoxdur

    Analitika və telemetriya yalnız sizin açıq razılığınızla (opt-in) işləyir. Razılıq verməsəniz, heç bir istifadə datası toplanmır.

  • İstənilən Vaxt Cihazı Ləğv Edin

    Techim veb saytının Parametrlər bölməsində aktiv olan bütün cihazlarınızı görür və bir kliklə tətbiqin icazəsini ləğv edə bilirsiniz.

İcma və texniki alətlər

Proqram kataloqu

Virus yoxlamasından və moderatordan keçmiş faydalı proqramlar və diaqnostika vasitələri.

Uyğun proqram tapılmadı

Axtarış sözünü dəyişin və ya başqa kateqoriya seçin.

  1. 01

    Prosessor

    Sistemin beyni. Forumda seçim, soyutma və temperatur problemlərinə real cavablar var.

  2. 02

    Qrafik kart

    Oyun və render gücü. Driver xətalarını Techim App yoxlayır, həlli icma göstərir.

  3. 03

    Yaddaş və disk

    Sürətin gizli tərəfi. RAM və SSD sağlamlığını izləyin, yavaşlamanın səbəbini tapın.

  4. 04

    Hamısı bir yerdə

    Yığımınızı forumda göstərin, hissə seçimi barədə fikir soruşun.

Spesifikasiyalar və versiyalar

Buraxılışlar və tələblər

Techim App versiya yenilikləri, dəyişiklik qeydləri və aparat tələbləri.

  • v0.1.4Stabil Buraxılış
    Proqram yüklə: 185 proqramı seçib bir kliklə quraşdırın. Animasiyalı divar kağızları (video, GIF və şəkil). Driver səhifəsi yeniləndi: istehsalçı loqoları və seçimlə yeniləmə. Tətbiq yeniləmələrinin yoxlanması düzəldildi; hesab adı tətbiqdə görünür.

Tez-tez Verilən Suallar

Techim App haqqında ən çox maraqlanılan texniki məqamlar.

Xeyr. Techim App-i quraşdırıb aparat parametrlərinizi, dərəcələri və cihaz detallarını hesabsız da izləyə bilərsiniz. Lakin PC yığımınızı profilinizdə paylaşmaq və parametrləri sinxronlaşdırmaq üçün Techim hesabı ilə bağlamaq lazımdır.