Məxfilik siyasəti
Son yenilənmə: 8 noyabr 2026
Bu səhifə Techim-in (freelanceaz.site) hansı məlumatları saxladığını və onlardan necə istifadə etdiyini izah edir.
Topladığımız məlumatlar
- Hesab: istifadəçi adı, göstərilən ad, e-poçt və şifrənin qorunan (hash) forması. Şifrəni heç kim, o cümlədən biz, oxuya bilmir.
- Paylaşdıqlarınız: forum mövzuları və cavabları, şərhlər, PC yığımları, yüklədiyiniz şəkillər və proqramlar, profil məlumatları.
- Şəxsi mesajlar: yalnız söhbətin iştirakçıları görür. Moderatorlar mesajları yalnız şikayət olduqda yoxlaya bilər.
- Texniki qeydlər: təhlükəsizlik və sui-istifadəyə qarşı mübarizə üçün IP ünvanı və sorğu vaxtı qısa müddət saxlanılır.
Kukilər
techim.web: daxil olduğunuzu yadda saxlayır.techim.csrf,csrftoken: formaları saxta sorğulardan qoruyur.techim.visited: ilk ziyarətdə tanıtım səhifəsini bir dəfə göstərmək üçündür.
Reklam və ya izləmə kukisi istifadə etmirik.
Məlumatların paylaşılması
Məlumatlarınızı satmırıq. Yalnız qanunla tələb olunduqda səlahiyyətli orqanlara verilə bilər. E-poçtlar (təsdiq və şifrə bərpası) poçt xidməti vasitəsilə göndərilir.
Hüquqlarınız
Profilinizi parametrlərdən dəyişə, paylaşdıqlarınızı silə bilərsiniz. Hesabın tam silinməsi üçün bizimlə əlaqə saxlayın.